Bullinq şurasının üzvləri ilə seminar
Dekabrın 16-da Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə məktəbdə yaradılmış bullinq şurasının üzvləri ilə seminar keçirdi. Seminarda Məleykə Əlizadə çıxış edərək, milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya- kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından ətraflı bəhs etdi. Daha sonra seminarda Bullinq nədir?, bullinqin növləri, iştirakçıları, bullinqin yaratdığı psixoloji fəsadlar haqqında şagirdlərə məlumatlar verildi, mövzu ilə əlaqədar sonda şagirdlərin fikirləri dinlənildi.