Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş intellektual yarış

Dekabrın 13-də məktəbin riyaziyyat müəllimləri Gülyaz Həsənova və Aytəkin Şükürova tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib. Yarış 6-cı siniflər arasında təşkil olunub. Yarışın keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə şagirdləri maarifləndirmək, Azərbaycanın zəngin tarixi keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında Naxçıvanın oynadığı rolu, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini vurğulamaqdan ibarət olub. Yarışda məktəb rəhbərliyi və müəllimlər də iştirak edib. Yarışda 3 komanda iştirak edib. Yarışın nəticələrinə görə 6 c sinfinin komandası qalib gəlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi