"Bilim Bakı Mərkəzi"

Şagirdlərin elmə, innovasiyaya və texnologiyaya maraq və biliklərin artırılması məqsədilə məktəbimizin V-Vlll sinif şagirdləri "Bilim Bakı Mərkəzinə" təlimlərə cəlb olunublar. Məqsəd şagirdlərin elmə, innovasiyaya olan marağın formalaşdırılmasından ibarətdir. "Bilim Bakı Mərkəzi" ndə 6 fərqli laboratoriyalarda: sahibkarlıq, astronomiya, kosmos və aviasiya, riyaziyyat, dizayn, texnologiya laboratoriyalarında təlimlər təşkil olunub. Təlimlər şagirdlərimizin öz yaş qruplarına uyğun olaraq keçirilib.