Dərs dinləmə
Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri tərəfindən dərslərin dinlənilməsi prosesi davam edir. Bu məqsədlə dekabrın 13-də 4 a sinfində məktəbin ibtidai sinif müəllimi Billurə Yusifovanın Azərbaycan dili fənnindən dərsi dinlənildi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Müəllimin proqramı, icmalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır. Dərslərin dinlənilməsində məqsəd müasir dərsin quruluşuna aid öyrənilənlərin dərsdə tətbiqinə nəzarət etməkdir.