Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir
Dekabrın 12-də məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Anım tədbirində Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə şagirdlər tərəfindən Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verildi. Həmçinin tədbirdə Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüzün bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu qeyd olundu.