Dərs dinləmə
Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesi davam edir. Bu məqsədlə dekabrın 11-də məktəb rəhbərliyi tərəfindən 6 c sinfində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Cəbrayılovanın Azərbaycan dili fənnindən dərsi dinlənildi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Müəllimin proqramı, icmalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır. Dərslərin dinlənilməsində məqsəd müasir dərsin quruluşuna aid öyrənilənlərin dərsdə tətbiqinə nəzarət etməkdir.