"Bullinqə qarşı mübarizə" şurasının üzvlərinin iştirakı ilə növbəti iclas
Dekabrın 6-da məktəb rəhbərliyinin və "Bullinqə qarşı mübarizə" şurasının üzvlərinin iştirakı ilə növbəti iclas keçirildi. "Bullinqə qarşı mübarizə" şurasının üzvləri məktəb direktoru, sinif rəhbərləri, nümunəvi və bullinq etməyə meyilli olan şagirdlərdən təşkil olunmuşdur. İclasda üzvlərin həftəlik hesabatları dinlənildi. Mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı. Şuranın üzvlərinə bu istiqamətdə işlərin görülməsi üçün müəyyən tapşırıqlar verildi.