“Dünyanı dəyişməyə hazır ol”
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən İngilis Dili Proqramlarından biri olan “Dünyanı dəyişməyə hazır ol” adlı layihədə şagirdlər ingilis dili biliklərini inkişaf etdirməklə yanaşı, müxtəlif mədəniyyətlər və adət-ənənələr haqqında dünyagörüşlərini də artırırlar. Noyabrın 26-da məktəbimizin ingilis dili müəllimi Rəfiyeva Zeynəbin iştirakı ilə müasir təlim metodları ilə uşaqlar üçün “Modul 2: Qidalarla tanışlıq” adlı dərs keçirilmiş, şagirdlər onlara təqdim edilən menyu nümunəsindən seçim edərək qrup işi həyata keçirmişdir. Bununla şagirdlər nəinki yazı bacarıqlarını, həmçinin qrupla iş, qrupun bir üzvü olmaq kimi şəxsi bacarıqlarını da formalaşdırmışlar.