"Bullinqə qarşı mübarizə" şurasının üzvlərinin iştirakı ilə iclas
Dekabrın 4-də məktəb rəhbərliyinin və "Bullinqə qarşı mübarizə" şurasının üzvlərinin iştirakı ilə iclas keçirildi. "Bullinqə qarşı mübarizə" şurasının üzvləri məktəb direktoru, sinif rəhbərləri, nümunəvi və bullinq etməyə meyilli olan şagirdlərdən təşkil olunmuşdur. İclasda çıxış edənlər yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdilər, bundan yarana biləcək fəsadlar haqqında danışdılar. Şagirdlərlə mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı. Sinif rəhbərləri və şagirdlərə bu istiqamətdə işlərin görülməsi üçün müəyyən tapşırıqlar verildi.