“Dünyanı dəyişməyə hazır ol” adlı layihə
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən İngilis Dili Proqramlarından biri kimi həyata keçirilən bu layihə üçün məktəbimiz seçilmişdir. Məktəbimiz üçün seçilmiş “Dünyanı dəyişməyə hazır ol” adlı layihədə şagirdlər nəinki asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, müxtəlif mövzularda müzakirələr apararaq ingilis dili biliklərini də inkişaf etdirirlər. Noyabrın 7-də məktəbimizin ingilis dili müəllimi Rəfiyeva Zeynəbin iştirakı ilə interaktiv təlim metodları ilə uşaqlar üçün “Texnologiyanın üstünlükləri və mənfi cəhətləri” adlı dərs keçirildi.