"Enerjidən istifadənin monitorinqi"

VIII sinif şagirdləri "Alternativ enerji " aylığı çərçivəsində Novruzova Könülün iştirakı ilə Enerjidən istifadənin monitorinqini apardılar. Monitorinq iştirakçıları şagirdimiz Məmmədova Zümrüdün gətirdiyi Azərişıq çekləri əsasında ailədə aylar üzrə enerji sərfiyyatı, ödənilən məbləğ , bir nəfər üçün enerji sərfiyyatı, bir nəfər üçün ödənişi hesablayaraq cədvəl tərtib etdilər və elektrik enerjisinə necə qənaət etmək olar ətrafında müzakirə təşkil etdilər. Elektrik enerjisinə qənaət etmək olar : Yaşayış evləri təbii işıqlandırmadan daha çox istifadə edilməsi nöqteyi - nəzərindən layihələnməlidir. Tünd rəngli pərdələrdən daha az istifadəyə, otaqlardakı pəncərələrin təmizliyinə riayət olunarsa, həm işıqlandırmanın artırılması, həm də elektrik enerjisinə qənaət olunması təmin oluna bilər. İşıqlandırma sistemlərinin təmiz saxlanılması işıqlanma qabiliyyətinin yüksək olmasını təmin edən amillərdən biridir. Lampa üzərində toplanmış toz faydalı işığı mühüm dərəcədə azaldır. Tozla tutulmuş lampa işığın 50%-ni udur. Lampaların təmiz saxlanılması elektrik enerjisindən israfçılıqla istifadənin qarşısını alır. Otaqlardan ayrılarkən işıqların söndürülməsi də elektrik enerjisindən qənaətli istifadənin bir yoludur. Hər bir ailə üzvünün bu qaydaya riaət etməsi 35%-ə qədər elektrik enerjisinin və ailə büdcəsinin qənaətinin təminatıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi