''Erkən nikaha yox deyək'' mövzusunda psixoprofilaktik söhbət
Noyabrın 28-də məktəbin psixoloqu Sevinc Muradovanın təşkilatçılığı ilə VIII-IX siniflərdə şagirdlərin təhsildən yayınmasının qarşısını almaq məqsədilə ''Erkən nikaha yox deyək'' mövzusunda psixoprofilaktik söhbət aparıldı. Söhbət zamanı erkən nikahın fəsadlarından danışaraq, qeyd etdi ki, erkən nikah-nikah yaşına çatmamış şəxslərin ailə qurması, bu nikahın heç bir hüquqi qüvvəyə malik olmaması, qanunsuz hesab edilməsidir. Erkən nikah həm də təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur. Məktəb yaşlı bir uşaq ailə qurarkən məktəbdə həmyaşıdlarından, öz uşaq həyatından məcburi ayrılaraq ailə həyatına atılır və yeni vəziyyətə adaptasiya olunması çətin olur. Həmçinin qeyd olundu ki, erkən nikahın mənfi cəhətləri olduqca çoxdur. İlk öncə erkən nikahın qeyri-qanuni olması, üstəlik çoxsaylı, psixoloji, tibbi, iqtisadi fəsadlar bu tip nikahın əleyhinə işləyir. Uşaqlıq insan həyatının ən gözəl, ən əhəmiyyətli illəridir. Xoşbəxt, sağlam böyümüş uşaq sağlam gələcək deməkdir. Bu məqsədlə ''Erkən nikaha yox deyək'' mövzusunda psixoprofilaktik söhbət aparılmasınn məqsədi erkən nikahın psixoloji, tibbi, iqtisadi fəsadlarını şagirdlərə çatdırmaqdır. Şagirdlərə mövzu ilə əlaqədar videoçarx nümayiş etdirildi. Sonda şagirdlər dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.