“Sağlam həyat tərzi” mövzusunda seminar
Məktəbin ibtidai sinif müəllimi Ruhanə Yaqubovanın rəhbərliyi ilə noyabrın 27-də “Sağlam həyat tərzi” mövzusunda seminar keçirildi. Seminar zamanı sağlamlığa təsir edən amillər, gigiyena qaydaları, müəllimlərin peşə xəstəlikləri və onlara qarşı profilaktik tədbirlər barəsində məlumatlar verilib, eləcə də şagirdlərə düzgün qidalanma vərdişlərinin aşılanması ilə bağlı müəllimlərlə müzakirələr aparıldı.