Dərs dinləmə
Məktəbin Fəaliyyət planına əsasən fənnlər üzrə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi prosesi davam edir. Bu məqsədlə noyabrın 27-də məktəb rəhbərliyi tərəfindən 4 c sinfində məktəbin ibtidai sinif müəllimi Ağayeva Təranənin Azərbaycan dili fənnindən dərsi dinlənildi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Dərsdə əyani vəsaitlərdən, təqdimatdan istifadə olunmuşdur. Müəllimin proqramı, icmalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır.Dərslərin dinlənilməsində məqsəd müasir dərsin quruluşuna aid öyrənilənlərin dərsdə tətbiqinə nəzarət etməkdir.