Pedaqoji Şuranın iclası
Noyabrın 22-də məktəb rəhbərliyinin iştirakı ilə 2024/2025-ci tədris ili üçün pedaqoji şuranın ikinci iclası keçirildi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, kollektiv üzvlərini müzakirə ediləcək məsələlər ilə tanış etdi. 2024/2025-ci tədris ilinin sentyabr, oktyabr, noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlər, təhsildən yayınan şagirdlərlə iş, ibtidai siniflərdə Ana dili və riyaziyyatın tədrisinin monitorinqi, zəif oxuyan və xüsusi istedada malik uşaqlarla işin təşkili, ayrı-ayrı fənlər üzrə diaqnostik qiymətləndirmələrin nəticələri, fənn aylıqlarının təşkili, sentyabr, oktyabr, noyabr aylarında müəllim və şagirdlərin nizam-intizam qaydalarının və dərsə davamiyyətinin nəticələri, keçirilmiş tədbirlər, korrupsiyaya qarşı mübarizə və məktəb invertarlarının qorunması ilə bağlı görülən işlər və s. müzakirə olundu. Rəy və təkliflər dinlənilib, qərarlar qəbul edildi.