44 günlük Vətən müharibəsi şəhidi Rəhimov Yalçının anım günü
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Bu məqsədlə Maştağa qəsəbəsinin 44 günlük Vətən müharibəsi şəhidi Rəhimov Yalçının anım günü ilə əlaqədar olaraq, noyabrın 7-də məktəb rəhbərliyi, bir qrup müəllim şəhidin ailəsini ziyarət etdilər. Şəhidlərimizin unudulmaz xatirəsi şagird və müəllimlərimiz tərəfindən daima hörmət və ehtiramla yad edilir.