8 Noyabr - Zəfər Günü

Uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir. Bu sevinc dolu gün ilə əlaqədar məktəbdə bir sıra silsilə tədbirlər keçirilir. 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbirdə məktəbin şəhid məzmunu Səmədov Məhərrəmin valideyni Elxan müəllim, müəllim-şagird kollektivi və valideynlər iştirak edirdilər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva bildirdi ki, Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda hər biri bir qəhrəman olan oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Vətən Müharibəsində qabaqcıl hərbi texnikalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Səmədov Məhərrəmin valideyni Elxan müəllim övladının qəhrəmanlığından danışaraq, böyük qürur hissi keçirdiyini bildirdi. Onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına dərin minnətdarlığını bildirdi. Daha sonra məktəblilərin ifasında ədəbi bədii kompazisiya təqdim edildi.

#ZəfərGünü #QalibAzərbaycan #Azərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi