"9 noyabr-Dövlət Bayrağı Günü" ilə əlaqədar tədbir

Noyabrın 7-də məktəbimizdə "9 noyabr-Dövlət Bayrağı Günü" ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək qeyd etdi ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Daha sonra şagirdlər xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımıza həsr edilmiş şeirlər söylədilər, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi