"Yaşıl dünya naminə həmrəylik ili" və COP29 -la bağlı sinif təşkilat saatı
Noyabrın 4-də "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 -la bağlı məktəbin tədbirlər planı çərçivəsində ibtidai sinif müəllimi Təranə Ağayeva tərəfindən sinif təşkilat saatı keçirildi. Təşkilat saatında şagirdlər qlobal iqlim dəyişikliyinin səbəblərini və aradan qaldırılması yolları ilə bağlı maraqlı təqdimatlar hazırlamış, təbiətin qorunması mövzusunda rəsmlər nümayiş etdirdilər.