E-Twinning layihəsi
Məktəbimizdə müəllimlərin inkişaf etməsi üçün müxtəlif layihələr həyata keçirilir. Növbəti mərhələdə isə məqsədimiz müəllimlərin layihələrdə iştirakını təmin etməkdir. Onların layihələr hazırlamaq üzrə bacarıqlarının artırılması məqsədilə oktyabrın 30-da məktəbdə e-Twinning layihəsinin səfiri Aidə Elyazova tərəfindən təşviqat və məlumat xarakterli bir günlük “e-Twinning nədir? və e-Twinning-ə necə qoşula bilərəm?” adlı təlim keçirildi. Təlimin keçirilməsinin əsas məqsədi “e-Twinning Plus” layihəsi barəsində müəllimləri maarifləndirmək, onların platformada qeydiyyatını təmin etmək və gələcək fəaliyyətlərində dəstək olmaqdan ibarətdir.