“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”
Məktəbdə təhlükəsizliyin təminatı və sağlam-psixoloji mühitin formalaşdırılması məqsədi ilə fəaliyyət planına uyğun olaraq, tədbirlər görülür. Məktəbdə tətbiq olunan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi ilə bağlı Nizam-İntizam Şurasının üzvləri ilə oktyabrın 30-da növbəti iclas keçirildi. İclasda şagird davranış qaydalarına uyğun təsdiq edilmiş daxili nizam-intizam qaydalarının tətbiqinin təmin olunması, "Özünürefleksiya"nın qeydiyyat formaları, refleksiya vərəqlərinin işlənilməsi, şagird davranışlarının qeydiyyatı ilə bağlı sinif davranış jurnallarına davamlı nəzarət olunması, şagird davranış qaydalarının tətbiqindən sonra görülmüş işlər və şagirdlərin təhsildən yayınmasının qarşısının alınması istiqamətində əldə olunan nəticələr barədə valideynlərin məlumatlandırılması kimi məsələlər müzakirə olundu. Müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirildi.