İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Mütəllimzadə Ağacavadın anım gününə həsr olunmuş tədbir

Oktyabrın 24-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Mütəllimzadə Ağacavadın anım gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Həmçinin, bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Şəhidin anım gününə həsr olunmuş tədbirdə məktəbin 6 b sinfinin şagirdləri iştirak ediblər. Tədbirdə şagirdlər şəhidin keçdiyi həyat yolundan çıxışlar edərək, Vətən müharibəsi şəhidlərinə həsr olunmuş şeirləri səsləndiriblər.