“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin yekun tədbiri
“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar ” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 17 oktyabr 2024-cü il ildə “Oriqami” QHT Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li tam orta məktəbdə yekun tədbir keçirmışdır. 17.10.2024-cü il tarixdə könüllülük prinsipi əsasında , məktəbin VI,VII,VIII sinif şagirdlərindən ibarət 47 nəfər Akt zalına toplaşmışdılar. Akt zalı məktəbin Fiziki tərbiyə muəllimləri N.Quliyev və M.Mehdiyevin təşkilatçılığı ilə yekun tədbirin keçirilməsi üçün xüsusi hazırlanmış, əlavə masa və stullar qoyulmuş,zalda xüsusi təmizlik, işləri görülmüş ,səliqə yaradılmışdır. Masaların üstünə şahmat və domino dəstləri qoyulmuşdur. “Oriqami ” təşkilatı yekun tədbirdə məktəblilərin rəğbətləndirilməsi üçün Roll up gətirmiş, 20 dəst loqolu papaq və loqolu qısaqol köynək, 20 ədəd iştirakçı Sertifikatı, Vımpel, 11 dəst Şahmat,11 dəst domino və 5 dəst digər ölçudə şahmat, 20 ədəd hədiyyə çantası və 2 mütəhərrik oyun dəstləri - İnteraktiv “Çarpaz qollar” və Böyük Domino “ oyun və əyləncə dəstləri gətirmişdir. Yekun tədbiri giriş sözü ilə 209 № li tam orta məktəbin direktoru S.Ağayeva açdı. O, şagirdlərin layihənin icrasında fəallığını qeyd etdi,onlara asudə vaxtdan daha səmərəli istifadə etməyi və intellektual səviyyələrini artırmağı tovsiyyə etdi.,Tədbirdə layihə rəhbəri N.Nəcəfov çıxış etdi. O dedi ki,layihə məktəblilərin davamlı inkişafı məqsədini daşıyır,şagirdlərə intellektual səviyyələrini artırmağa kömək edir.
Sonra yekun tədbirdə iştirak edən 47 şagird öz maraqlarına görə şahmat oyununa, böyük domino, qruplara bölünüb komanda domino yarışına qatıldılar..Bir qrup şagird çarpaz qollar ətrafında toplaşdılar və çoşqunluqla yarışmağa başladılar.
209 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar ” layihəsinin yekun tədbirində 47 şagirdə hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdim olunmasında məktəbin direktoru S. Ağayeva, UBR T.Əliyeva, psixoloq S.Muradova, F/t tərbiyə müəllimləri N.Quliyev, M.Mehdiyev iştirak etdilər
Yekun tədbirin sonunda layihə rəhbəri N.Nəcəfov pedaqoji heyətə və məktəblilərə təhsildə uğurlar arzuladı.