"Alternativ enerji"

Ekoloji aylıqlar layihəsi çərçivəsində məktəbimizin hazırlanmış müvafiq tədbirlər planına əsasən “Alternativ enerji” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi mart ayı ərzində planlaşdırılmışdır. Bu mövzüda VIII b sinifində Novruzova Könülün iştirakı ilə dəyirmi masa keçirildi. Mövzü ətrafında fikir mübadiləsi aparıldı və şagirdlər məlumatlandırıldı. Alternativ energetika - təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Külək enerjisi - küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik ) enerjisidir. Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş , hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycan ərazisində əsasən Bakı, Sumqayıt, Abşeron, Binə, Maştağa külək enerjisindən istifadə etmək məqsədə uyğun sayılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi