Pedaqoji Şuranın iclası
Sentyabrın 9-da məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Səbahət Ağayeva açaraq, pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb, yeni işə qəbul olunan müəllimləri pedoqoji heyətə təqdim edərək, onlara uğurlar dilədi. Daha sonra direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. 1.2023/2024-cü tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr. 2.2024/2025-ci tədris ili üçün məktəbin illik planının müzakirəsi və təsdiqi, pedaqoji şuranın planının müzakirəsi və təsdiqi, direktoryanı müşavirənin, direktorun illik, direktor müavinlərinin illik planının, kitabxana iş planının təsdiqi. 3.Sinif rəhbərlərinin, dərnək rəhbərlərinin, metodiki şuranın, kabinet müdirlərinin, metodbirləşmə rəhbərlərinin təsdiqi. 4.Şagirdlərə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək işlər haqqında. 4.Korrupsiyaya qarşı mübarizə mövzüsunda marifləndirici tədbirlər. Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə tapşırıqlar verildi.