“1 mart - Ümumdünya Mülki Müdafiə günü”

1 mart 2017-ci il tarixdə məktəbimizdə “1 mart - Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru Arizə xanım Mahmudova tədbiri giriş sözü ilə açaraq bildirib ki, son zamanlar təbiətdə gedən dəyişikliklər, proseslər elm və texnologiyanın inkişafı ilə yeni texnogen hadisələr, terror hadisələri, müəyyən fəlakətlər müasir insanların və xilasedicilərin qarşısında fövqəladə hadisələrin qarşısının alınması yollarını və eləcə də nəticələrin aradan qaldırılması problemini daha da aktuallaşdırır. Azərbaycanda da əhalinin təhlükəsizliyi və fövqəladə halların nəticələrinin peşəkar şəkildə aradan qaldırılmasına xüsusi diqqət yetirilir və Prezident cənab İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır və onun maddi-texniki bazası, texniki imkanları ildən-ilə müasirləşdirilir. Daha sonra şagirdlərə video rolik göstərilib. Həmçinin II, V və VI siniflərdə “1 mart - Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş açıq dərs keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi