Son Zəng

İyunun 14-də məktəbdə son zəng tədbiri keçirildi. Çoxsaylı şagird və müəllim kollektivinin, valideyn komitələrinin toplaşdığı tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə açıq elan edildi. Məktəbin direktoru Səbahət Ağayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışdı. Məktəblərimizdə vətənpərvər övladların yetişdiyini vurğulayan direktor doğma yurdlarımızın Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun, vətənpərvər, qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğuladı. Valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edərək, məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı. Tədbirdə qonaq qismində 44 günlük Vətən müharibəsi şəhidlərinin valideynləri və qazilər iştirak edirdilər. Tədbirdə şagirdlər bir-birindən maraqlı çıxışlar edərək, günün sevincini yaşadılar. "Son zəng" tədbiri yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi