“İnsan Hüquqları Aylığı”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) tərəfindən 18 may-18 iyun tarixləri aralığında elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində məktəbin psixoloqu Sevinc Muradova tərəfindən seminar keçirildi. Seminarda şagirdlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş insan hüquq və azadlıqları haqqında geniş məlumat verildi. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması və ölkəmizdə dövlət tərəfindən insan hüquqlarının qorunması istiqamətində görülən işlər barədə danışdı. Şagirdlərə "İnsan hüquqları " ilə bağlı videoslayd nümayiş olundu. Sonda isə bu barədə diskussiya aparıldı.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi