"Yaşıl dünyamızı qoruyaq!"
İyunun 11-də məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünyamızı qoruyaq!" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv, valideynlər və şagirdlər iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Səbahət Ağayeva açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verdi. Qeyd etdi ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət vəetimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir. Daha sonra tədbir şagirdlərimizin hazırladıqları müxtəlif kompazisiyalar ilə davam etdi.