"Korrupsiyaya qarşı mübarizə" mövzusunda iclas

"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən iyunun 4-də iclas keçirildi. Məktəb rəhbərliyi mövzu ilə bağlı pedaqoji heyəti maarifləndirdi. İclasda Səbahət Ağayeva çıxış edərək, korrupsiyaya qarşı mübarizənin uğurla davam etdirildiyini bildirdi və cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı. Korrupsiyanın tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olduğu və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olduğu, korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər və s. məsələlərə toxunuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi