“Mən və hüquqlarım” mövzusunda seminar

İyunun 3-də məktəbin tarix müəllimi Zaur Mustafayevin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Mən və hüquqlarım” mövzusunda seminar keçirildi. Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verildi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışıldı. Daha sonra dini radikalizmin, dini ekstremizmin cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaratdığı fəsadlar və onlara qarşı aparılan mübarizə yolları haqqında ətraflı məlumat verildi. Diskussiya formatında keçən seminarda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi