“Təhsilverənlərin etik davranış Qaydaları”

Mayın 31-də məktəb rəhbərliyinin iştirakı ilə iclas keçirildi. Bildiyiniz kimi AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları”ı təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilmişdir. İclasda məktəbin direktoru Səbahət Ağayeva tərəfindən müəllimlərin yeni etik davranış qaydaları ilə təhsilverənlər tanış edildi və ayrı-ayrı bəndləri geniş izah olundu. Sonda fikir mübadiləsi aparılıb, müəllimlərin bəzi sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi