1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Məktəbimizdə də Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək qeyd etdi ki, uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Bu səbəbdən də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Daha sonra tədbirdə istedadlarını göstərən şagirdlər mahnılar söyləyərək, rəqslər edib, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi