28 May – Respublika Gününə həsr olunmuş dəyirmi masa

Məktəbin tarix müəllimi Zaur Mustafayevin iştirakı ilə mayın 27-də 28 May – Respublika Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Zaur Mustafayev çıxış edərək, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində şərəfli yer tutması barədə danışdı. Daha sonra şagirdlər bu mövzu barədə məruzələrlə çıxış etdilər. Şagirdlər müasir dövlətimizin 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın dövlətçilik təməli üzərində Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən yaradıldığını qeyd etdilər. Tədbir iştirakçıları əmin olduqlarını bildirdilər ki, bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada sayılıb-seçilən beynəlxalq tribunalarda öz səsini ucadan səsləndirməyi bacaran bir dövlətə çevrilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi