Sinif rəhbərləri və əsas fənn müəllimləri ilə ümumi iclas
Mayın 15-də məktəb rəhbərliyinin sinif rəhbərləri və əsas fənn müəllimləri ilə ümumi iclası keçirildi.
İclasda aşağıdakı mövzulara toxunulmuşdur:
- Davamiyyət
- 2023/2024-cü tədris ilində tədrisin keyfiyyəti
- Monitorinqlər
- Şagirdlərlə iş
- Şagirdlərin təlim-tərbiyəsi ilə bağlı digər məsələlər.
İclas zamanı müzakirələr aparıldı. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, hər bir sinif haqqında müsbət və mənfi cəhətləri vurğuluyaraq diqqəti daha da artırmaq, şagirdlərlə həm kollektiv, həm də fərdi şəkildə işləmək valideynlərlə sıx əlaqə yaratmaq və s. barədə sinif rəhbərlərinə xüsusi tapşırıqlar verdi. Mütəmadi olaraq qeydlər aparılmasının, şagirdlərin dərsə hazırlıqlı səviyyələri və davranışları barədə valideynlərin məlumatlandırılmasına birbaşa xidmət etməsi bir daha sinif rəhbərləri və fənn müəllimlərinin diqqətinə çatdırıldı.