"Telan təlim-tədris nitq inkişaf mərkəzi"-nin təşkilatçılığı ilə psixoloqların görüşü

Cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında əməkdaşlığı təşkil etmək məqsədilə mayın 13-də məktəbdə "Telan təlim-tədris nitq inkişaf mərkəzi"- nin təşkilatçılığı ilə psixoloqların görüşü keçirildi. Görüşdə spikerlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, "Telan təlim-tədris nitq inkişaf mərkəzi"-nin rəhbəri Gülnarə xanım, "Telan təlim-tədris nitq inkişaf mərkəzi"-nin baş psixoloqu Fazilə Camalova, "Ortiva Psixoloji Reabilitasiya Mərkəzi"-nin təsisçisi və direktoru Ramidə Oktayqızı, Ailə, uşaq psixoloqu, APA üzvü Ülviyyə Əfəndiyeva, məktəb psixoloqu Sevinc Muradova, Eşitmə və nitq məhdudiyyətli şəxslərin İctimai Birliyi Koordinatoru, Surdopedaqoq Rəvanə Hüseynova, hipnoz ustası, düşüncə üzrə mütəxəsis Nail Mərdanov, Psixologiya Departamenti və "Ülkər psixologiya mərkəzi"-nin rəhbəri Jalə Mirsaab, 209 nömrəli məktəbin direktoru Səbahət Ağayeva, 255 nömrəli məktəbin direktoru Mətanət Məmmədova, 128 nömrəli məktəbin direktoru Sədaqət Əliyeva, 187 nömrəli məktəbin direktoru Gülnarə Məmmədova, Sabunçu rayonu kurasiya 4-ə daxil olan 11 məktəbin psixoloqları, valideynlər və müəllim kollektivi iştirak edirdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən qonaqlar tərəfindən valideynlər övladlarının psixofizoloji xüsusiyyətləri, böhran yaş dövrü, doğru "ünsiyyət dili", valideyn-övlad münasibətlərində diqqət edilməsi vacib olan mövzularda maarifləndirildi, onları narahat edən suallar cavablandırıldı. Həmçinin məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmağın vacibliyi də vurğulandı. Tədbirin ikinci hissəsi məktəbin VI-IX sinif şagirdlərinin iştirakı ilə keçirildi. Çıxış edən spikerlər tərəfindən “Xüsusiyyətlərin müəyyənləşdirilməsinə” dair test keçirildi. Şagirdlər bu psixoloji testi maraqla qarşıladılar və fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi