“Azərbaycan tarixi günü” açıq dərs

Ekoloji aylıqlar layihəsi çərçivəsində məktəbimizin hazırlanmış müvafiq tədbirlər planına “Mədəniyyət və incəsənət, Azərbaycan tarixi və etnoqrafiyası” mövzüsunda 27 fevral tarixində məktəbimizdə tarix müəllimi Poladova Mehriban V a sinifində “Şuşa, Pənahabad qalası” adlı açıq dərs keçirdi. Milli ruhda tərtib edilmiş açıq dərsdə müəllim və şagirdlər “Qarabağ” xanlığına səyahət etdi. Açıq dərsdə Təhsil Problemləri İnstitutunun jurnalisti Hüsniyyə Zülfüqar qızı, məktəbin direktoru Arizə xanım Mahmudova və məktəbin pedoqoji heyəti iştirak edirdi. Bu gün ilə əlaqədar bütün iştirakçılar milli geyim ilə çıxış edirdilər. Açıq dərsdə şagirdlər “Qarabağ”, “Şuşa”, “Bayat” və “Şahbulaq” qruplarına bölünmüşdür. Dərs zamanı qrupların hazırladıqları təqdimatlar münfislərə təqdim olundu və müzakirə edildi. Açıq dərs “Qarabağ şikəstəsi”nin səslənməsi başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi