“Oxu Günü-10” sərgi-festivalı
Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, AMEA, Təhsilin İnkişafı Fondu, Mədəniyyət Nazirliyi, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında “Oxu Günü-10” sərgi-festivalı keçirilir. 27 aprel tarixində baş tutan sərgi-festivalda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Bəsti Cəbrayılova, Nigar Fərzəliyevevanın təşkilatçılığı ilə 7 a və 7 b sinif şagirdlərinin iştirakı təmin olunmuşdur. Sərgi şagirdlərimiz üçün çox maraqlı və yaddaqalan olmuşdur. Layihənin keçirilməsində məqsəd ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.