Sabunçu rayonu kurasiya 4 üzrə məktəblərin iştirakı ilə 2023/2024-cü tədris ilinin yekunlarına həsr olunmuş tədbir keçirildi
Aprelin 26-da 28 nömrəli tam orta məktəbdə Sabunçu rayonu kurasiya 4 üzrə məktəblərin (22, 28, 108, 128, 130, 142, 187, 209, 255, 293, 295) iştirakı ilə 2023/2024-cü tədris ilinin yekunlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, məktəb direktorları və digər məktəblərdən müxtəlif ixtisaslı fənn müəllimləri (dərs prosesinə mane olmadan) iştirak etdilər. 28 nömrəli tam orta məktəbdə 24 saat dərs dinlənilənildi, daha sonra dinlənilmiş dərslərin müzakirəsi keçirildi. Tədbirdə dərsdinləmə prosesində məktəb üzrə 25 dərs dinlənildi ki, 1 nəfər Azərbaycan dilindən 128 nömrəli tam orta məktəbin müəllimi idi. Ümumilikdə 3 Azərbaycan dili, 2 riyaziyyat, 2 informatika, 2 tarix, 2 coğrafiya, 1 kimya, 1 fizika, 1 biologiya, 2 ingilis dili, 1 rus dili, 1 texnologiya, 1 təsviri incəsənət, 1 musiqi, 2 fiziki tərbiyə, 3 ibtidai sinifdə riyaziyyat, Azərbaycan dili dərsləri dinlənildi. Dərs dinləmədə iştirak etmək üçün kurasiya üzrə seçmə yolla hər məktəbdən 5 müəllim iştirak edirdi. Dərslər dinlənildikdən sonra geniş müzakirələr aparıldı. Anar Mustafazadə müəllim dinlənilən dərslərdə müsbət və mənfi hallar haqqında öz fikirlərini bildirdi. Dərs ili müddətində 3 mərhələnin yerinə yetirilməsinin ən uğurlu addım olduğunu bildirdi.
1.Təlim nəticələri
2.Qiymətləndirmə meyarlarları
3.Dərsin gedişinin araşdırılması və qanunauyğun aparılması.
Tədbirin bədii hissəsində isə tanınmış aktyorların iştirakı ilə“Ustad dərs” də isə kurasiya üzrə 11 məktəbin şagirdlərinin çıxışları oldu. Ustadlar tərəfindən qiymətləndirildilər və təşəkkürnamələrlə təltif olundular. Tədbirə dəvətimizi qəbul edib gəldiyinə və hər zaman öyrənmək istəyənlərin yanında olduğuna görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə müəllimə dərin təşəkkürümüzü bildiririk!