Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin müzakirəsi
Aprelin 22-də məktəb rəhbərliyi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin müzakirəsi aparıldı. Müzakirədə buraxılış imtahanı fənləri üzrə müəllimlər və 9-cu sinif şagirdləri iştirak edirdi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, aparılan detallı təhlilləri, sinif üzrə ən yüksək nəticələri şagirdlərin diqqətinə çatdırdı. Müzakirənin aparılmasında məqsəd nəticələrin şagirdlərə açıqlanması, zəif göstəricilərin aradan qaldırılması, növbəti imtahanlarda nəticənin yüksəldilməsinə nail olmaqdan ibarətdir.