Müsbət nəticə göstərmiş şagirdlər ilə görüş
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edib, müsbət nəticə göstərmiş şagirdlər ilə aprelin 19-da direktor Səbahət Ağayeva tərəfindən görüş keçirildi. Görüşdə Səbahət Ağayeva şagirdləri təbrik edərək, onlara bundan sonrakı təhsil həyatında bol-bol uğurlar arzu etdi. Qeyd etdi ki, uğurlu şəxslərin arxasında onlara daim inanan, dəstək olan valideynlər və müəllimlər durur. Bu prossesdə zəhməti keçən bütün kollektivimizə təşəkkürümüzü bildiririk!