“Mərdəkan qalası” və “Ramana qalası” abidələrinə ekskursiya

Azərbaycanın orta əsr memarlıq abidələrini öyrənmək məqsədi ilə aprelin 18-də dərsdənkənar məktəbimizin 6 a, 7 b və 9 a sinif şagirdlərinin iştirakı ilə “Mərdəkan qalası” və “Ramana qalası” abidələrinə ekskursiyası təşkil olundu. Ekskursiya zamanı şagirdlər Azərbaycan xalqının etnoqrafiyasını əks etdirən eksponatlar haqqında məlumat topladılar. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi