“Yaşıl dünya naminə həmrəylik ili”

Aprelin 18-də məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin kitabxanaçısı Əzizə Fəttahovanın iştirakı ilə şagirdlərə “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, Heydər Əliyevin “Həyəcan təbili” və “Təbiətin yaşıl dünyası” Ş.Əhmədovun “Ekologiya. Atmosferin çirklənməsi”, Ə.Poladın “Bir damcı su”, B.Budaqovun “Azərbaycan təbiəti, Azərbaycanın quşlar aləmi”, X.Həsənovun “Təbiət və hikmət”, “Təbiət haqqında hekayələr” və s. kitablar, Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə (ekoloji problemlər, ekoloji siyasət, ekoloji təhlükəsizlik, ensiklopedik lüğət, konfrans materialları və s.) dair nəşrlər barədə ətraflı məlumat verildi. O çıxış edərək bildirdi ki, "Yaşıl dünya naminə həmrəylik ili” təkcə ölkəmiz deyil, bütün dünya üçün qlobal çağrışdır. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji problemlər hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi istiqamətində də mühüm işlər görülür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi