“Yaşıl dünyamızı qoruyaq” adlı rəsm müsabiqəsi
Aprelin 18-də məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamızı qoruyaq” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Müsabiqədə qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunacaqdır.