Məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, məktəbdə yol verilməz davranışlar, nizam-intizam qaydaları
Aprelin 16-da məktəb rəhbərliyinin iştirakı ilə iclas keçirildi. İclasda valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, məktəbdə yol verilməz davranışlar, nizam-intizam qaydaları və digər məsələlər üzrə bu günə qədər görülən işlərin nəticələri müzakirə edildi və yeni qərarlar alınıb, tapşırıqlar verildi. İclasın keçirilməsində əsas məqsəd şagird təhlükəsizliyinin təminatı, məktəb-valideyn münasibətlərinin tənzimlənməsi, valideyn-məktəb-şagird üçbucağının təmin edilməsi və ən əsası valideynlərin məktəblə sıx əməkdaşlığının təmin edilməsindən ibarətdir. İclasda aşağıda qeyd olunan qaydaların həm məsul şəxslərə həm də sinif rəhbərləri tərəfindən valideynlərə bir daha çatdırılması tövsiyyə olundu.
1. Şagirdlərlə psixoloji maarifləndirmə işinin mütəmadi aparılması
2. Risk qrupuna daxil olan şagirdlərlə işin ciddi aparılması və hesabatların rəhbərliyə, təqdim olunub, müzakirə olunması
3. Uşaqların təhlükəsizliyinin təminatı üçün növbətçilik edən müəllimlərin qaydalara ciddi riayət etməsi və bu işə texniki işçilərin də cəlb olunması
4. Məktəb-valideyn əməkdaşlığının daha da genişləndirilməsi
5. Təhlükəsiz məktəb naminə müxtəlif təşkilati və maarifləndirici tədbirlərin həyata keçirilməsi
6. Şagirdlərin məktəbə müəyyən olunmuş vaxtda gəlməli (ən geci 07:45) və dərs gününün sonunadək məktəbi tərk etməməli
7. Şəxsi gigiyena qaydalarına riayət etməli, məktəbli forması və xarici görünüşlə bağlı qaydalara əməl etməli
8. Ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.)
9. Tədris binasının daxilində qaçmamalı, koridor və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməli, təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək və ya laboratoriya, idman zalı, kompüter otağının təhlükəsizlik qaydalarını pozmaq), pəncərə altlığında oturmamalı və pəncərədən çölə əyilməməli
10. Ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməli (qeyd olunanlar şagirdlərdən alındığı təqdirdə geri qaytarılmayacaq)
11. Məktəbin əmlakının və sinif avadanlıqlarının qeydinə qalmalı
12. Aşağıdakı əşyaları məktəbə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar. Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə məsuliyyət daşıyır.
13. Şagirdlərin məktəbdən yayınmamaları (tədris müddəti ərzində məktəb ərazisi tərk edilməməli)
14. Şagirdlərdlərin telefonda oynadıqları oyunlara, baxdıqları filmlərə və sosial şəbəkələrinə valideynlərin ciddi nəzarəti