Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi ilə əlaqədar seminar

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilmişdir. 15 aprel 2024-cü il tarixində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, məktəbin kitabxanaçısı Əzizə Fəttahovanın təşkilatçılığı ilə seminar keçirildi. Seminarda şairin həyatı və yaradıcılığı haqqında məlumat verildi. Daha sonra şagirdlər tərəfindən şairin əsərləri təhlil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi