“Xocalısız 25 il”

Xocalı faciəsinin 25-ci il dönümü ərəfəsində "Xocalı qurbanlarını" yad etmək məqsədilə "Məktəbin fəaliyyət planına" əsasən məktəbimizdə silsilə tədbirlərimiz davam edir. Bu gün "Xocalısız 25 il" mövzusunda şagirdlərin iştirakı ilə tədbir keçirildi. Ümumimilli lider Heydər Əliyev söyləmişdir: Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Tədbiri keçirməkdə əsas məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdir. Məktəb direktoru Arizə xanım Mahmudova tədbirə yekun vuraraq mərasimin hazırlanmasında əməyi olan müəllimlərə və bədii hissədə öz çıxışı ilə diqqəti cəlb etmiş şagirdlərə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi