Məktəbimizin fəxri

Məktəbin ingilis dili müəllimi Fərəh Şəmsiyeva Dubayda keçirilən "Dubai MT200 Masters" tennis turnirində 40+ qadınlar arasında yarışaraq və rəqiblərinə qalib gələrək, çempion olmuşdur. Fərəh Şəmsiyeva qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsinə həsr etdiyini bildirmişdir. Bu məqsədlə martın 13-də məktəbin direktoru Səbahət Ağayevanın rəhbərliyi ilə Maştağa qəsəbəsinin 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin valideynləri məktəbə dəvət olunmuşdur. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, ilk növbədə bu cür vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıqlarını ifadə etdi. Eyni zamanda, qələbəni uğurlu təşəbbüs kimi qiymətləndirərək, bu qələbənin mənəvi əhəmiyyətini vurğuladı. Görüşün təşkilində əsas məqsəd Vətən uğrunda şəhid olmuş bütün oğullarımızın əziz xatirələrini yaşatmaq, qəhrəmanlıq dastanlarını əbədiləşdirmək, onların ruhlarını yad etmək, şəhid ailələri, övladları və valideynləri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi