"Keçmişimizi bilməsək, gələcəyimizi qura bilmərik!”
Şagirdlərimizin mənəvi dünyasını zənginləşdirmək, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri onlara düzgün çatdırmaq hər birimizin müqəddəs borcudur. Vətən, ata-ana, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlərimiz, unudulmaz inanclarımız, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin əsasıdır. Kütləvi informasiya vasitələrinin, televiziya-radionun, eləcə də Azərbaycan bədii filmlərinin təsir dairəsi və tərbiyəvi rolu böyükdür. "Dəyərlərimizi qoruyaq!"adlı layihənin icrası ilə əlaqədar olaraq, martın 11-də Vl b və Vll a sinif şagirdləri üçün "Dəli kür" filmini nümayiş etdirdik. Filmin nümayiş etdirilməsində əsas məqsəd şagirdlərimizə milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.