“Ekoloji mədəniyyət”

Ekoloji dünyagörüşünə malik insanlar yetişdirmək üçün ekoloji bilik, ekoloji mədəniyyət və etikanın formalaşdırılması mütləqdir. Ekoloji mədəniyyət dedikdə, insanın təbiətə, ətraf mühitə münasibətində qayğıyla yanaşması nəzərdə tutulur. Ekoloji mədəniyyət heç də təkcə yerə zibil atmamaq deyildir, bununla yanaşı enerjidən, sudan, qazdan eləcə də təbii sərvətlərdən qənaətlə istifadə etməkdir və təbiətin digər canlılarına da nəvazişlə yanaşmaqdır. Ekoloji mədəniyyətə həmçinin balaca uşaqlara heyvanları təpikləməyi yox, onları sevməyi öyrətmək və.s bu kimi misallar aiddir. Belə bir atalarımızdan qalan deyim var ki: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Unutmayaq ki, təbiətlə necə rəftar edəcəyiksə, elə də cavabını alacağıq. Məktəbimizin V b sinif şagirdləri də bu fikri öz əl işləri ilə nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi